Mariya Poqrebnyak oğluna Putinin adını qoyacağını deyir...

Mariya Rossiya doğmaq eşqinə düşüb...

...Sahibkar İqor Qolovinskidən evlilik təklifi alan bloger Mariya Poqrebnyak Instagram-dakı bloqunda (Rusiya Federasiyasında fəaliyyət qadağandır-A.B.) yeni ərindən əkiz uşaq dünyaya gətirmək istədiyini bildirib. Onun sözlərinə görə, gələcək övladlarına Rusiya ilə bağlı vətənpərvər adlar verəcək. Belə ki, əgər oğlan doğulsa, ona Vladimir, qız olarsa, onu Rossiya çağıracaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Poqrebnyakın pərəstişkarları onun oğlunun adını Rusiya prezidenti Vladimir Putinin şərəfinə qoymaq istəməsini təklif ediblər.

...Bir anda Vladimir və Rossiyana adlanan əkizlər olsaydı, çox gözəl olardı.

Deməli, bunu 35 yaşlı Poqrebnyak bildirib. (...bu lap bizdəki o xan məni almışdı...məsəlini xatırladır-A.B.)

...Qeyd edək ki, Poqrebnyak daha əvvəl sevgilisinin ona üzük verərək evlilik təklifi etdiyini bildirib. Onun sözlərinə görə, seçdiyi birinin planları haqqında heç bir fikri yox idi. O, Lujnikidə gəzinti zamanı ona qiymətli zinət əşyaları olan qutu verilib.

Qutunu açan Poqrebnyak üzük görüb və çaşıb..?

Qeyd edək ki, Mariya Poqrebnyak futbolçu Pavel Poqrebnyakla səkkiz il evli olub.

Belə ki, Mariya və Pavel üç oğul böyüdürlər: 12 yaşlı Aleksey, 15 yaşlı Pavel və 17 yaşlı Artem...

...İndi də Rossiya doğmaq eşqinə düşüb...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə