Mask eksperiment üçün iflic adam axtarır...

...Deməli, Maskın “Neuralink” şirkəti 2024-cü ilin yanvarında insan beyninə neyroçipin implantasiyası üzrə ilk əməliyyatı həyata keçirib. Belə ki, qəzadan sonra iflic olan könüllü artıq ağlının gücü ilə video oyunlar oynaya və sosial mediada paylaşım edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, indi şirkət eksperiment üçün ikinci iştirakçı axtarır.

Qeyd edək ki, iştirakçı yalnız iflic olanlar namizəd ola bilər.

...Bizim kibernetik beyin implantatımız Telepatiyamız sizə ağlınızın gücü ilə smartfon və ya kompüterinizi idarə etməyə imkan verir.

Mask “Neuralink” postunu yenidən yerləşdirərək X səhifəsində yazıb.

Yeri gəlmişkən, “Neuralink” layihəsi 2019-cu ildə istifadəyə verilib.

O vaxt şirkət Bluetooth vasitəsilə beyin siqnallarını ötürə bilən cihaz nümayiş etdirdi. 2021-ci ildə elm adamları çipi heyvanlar üzərində uğurla sınaqdan keçirdilər və iki ildən sonra çipləmə üçün könüllüləri seçməyə başladılar.

İnsanlar üzərində sınaqlar altı il davam edəcək və müvəffəqiyyətli olarsa, şirkətə texnologiyanın hər kəs üçün tam tətbiqinə başlamağa icazə veriləcək.

...Mask gələcəkdə beyin çipini özünə yerləşdirməyi planlaşdırır: gələcəkdə bu, ona təkcə elektronikanı idarə etməyə deyil, həm də ətrafların hərəkətliliyini bərpa etməyə, depressiya ilə mübarizə aparmağa, eşitmə qabiliyyətini bərpa etməyə və hətta beynin daha çox işləməsinə şərait yaradacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə