Onu necə deyirlər, hə,..nə xəbərmiş..?

37 yaşlı ana 10-cu uşağını doğub...

...Rostov vilayətinin sakini onuncu övladını dünyaya gətirib. Regional Perinatal Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, hamiləlik ağırlaşmalarla davam edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, 37 yaşlı ana təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Ona ağır anemiya diaqnozu qoyulub. Lakin qadın müstəqil olaraq 3700 qram ağırlığında və 52 santimetr boyu olan oğlan uşağı dünyaya gətirib.

Doğuş çəkən qadın artıq evə buraxılıb. Axı onu evdə ərindən əlavə, yeddi oğlu və iki qızı gözləyirdi.

Qeyd edək ki, ailədə ən yaşlı uşaqla ən kiçik uşaq arasındakı yaş fərqi 17-dir.

Bütün uşaqlar musiqi öyrənirlər. Onlar daha çox skripka və nəfəs alətlərinə maraq göstərirlər.

Onu da qeyd edək ki, Ailə Şaxtı şəhərində yaşayır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə