300 metrlik Norveç layneri nudistlər üçün böyük bir kruizə çıxır...

...Ötən gün İtaliyanın İs-Benas çimərlik kurortu “çılpaq” toyların başladığını elan etdi. İndi nudist turistlər üçün daha bir cazibədar təklif ortaya çıxıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Bare Necessities turizm şirkəti Norwegian Cruise Line ilə birlikdə 2025-ci ildə çılpaq vəziyyətdə dincəlməyə üstünlük verənlər üçün 11 günlük xüsusi kruiz təşkil etməyi planlaşdırır.

Bununla bağlı 295 metrlik "Norwegian Pearl"ın ("Norveç mirvarisi") fevralın 3-də Mayamidən Karib hövzəsinə yola düşəcəyi və fevralın 14-də geri dönəcəyi gözlənilir.

Yol boyu “Böyük Çılpaq Qayıq” (kruiz təşkilatçıları belə adlandırırlar) Baham adaları, Puerto-Riko və Sent-Marten kimi istiqamətlərə səfər edəcəklər.

Qeyd edək ki, “Norwegian Pearl”da kabin qiymətləri (iki nəfərlik yaşayış əsasında) təxminən 2000 dollardan başlayır və üç otaqlı villa üçün 33,155 dollara qədər qalxır.

Onu da bildirək ki, “Norwegian Pearl” 2300 nəfər sərnişin tutumuna malikdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə