Ruslara sadə bir tövsiyə: özünüzü gənələrdən qoruyun!..

...Həyasızlığın dərəcəsinə bir bax ey, yox, bunu həşəratlar üçün deyirəm!?.

Deməli, indi də gənələr aktivləşərək kütləvi şəkildə rusları dişləməyə başlayıblar.

Deyilənlərə görə, Rusiya Federasiyasının regionlarında bu təhlükəli qansoran canlıların yüzlərlə hücumu artıq qeydə alınıb və alınmaqdadır...

SİA-nın əldə etdiyi məlumata görə, “Gazeta.ru” ekspertlərə istinadən gənələrdən necə qurtulmağın yolları barədə tövsiyələr verib.

Yenə deməli ekspertlər təbiət qoynuna – istirahətə gedən ruslara repellentlər, yəni həşəratları kəskin iyi ilə qorxudan maddə götürməyi məsləhət görür.

Bundan əlavə, ekspertlər qapalı paltar geyinməyi məsləhət bilirlər.

...Həm də mütəmadi olaraq qollara, başlara, ayaqlara, başın arxasına, boyuna və qasıq nahiyəsinə diqqət yetirməlisiniz.

Rusiyalı mütəxəssislər, gənənin müxtəlif xəstəliklər, o cümlədən ensefalit və borrelioz daşıyıcısı olduğunu xatırladıblar.

Bundan əlavə, sən demə, gənələr insanın mərkəzi sinir sisteminə zərər verə bilməklə yanaşı, adamı iflic də edə bilərmiş..?

...Yadımdaykən onu da deyim ki, araşdırmalara görə, birinci qan qrupu gənə və ağcaqanad kimi həşəratlar üçün ən cəlbedici sayılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə