140,53 metrlik çörək "Dünyanın ən uzun baget" rekordunu qıraraq "Ginnes" rekordlar kitabına düşüb

Dünyanın ən uzun baget rekordu Fransada yenilənib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, paytaxt Paris yaxınlığındakı Suernesdə keçirilən tədbirdə fransalı çörəkçilər “Dünyanın ən uzun bageti”ni bişiriblər.

140,53 metrlik çörək "Dünyanın ən uzun baget" rekordunu qıraraq "Ginnes" rekordlar kitabına düşüb.

Bagetin bir hissəsi dilimlənərək xalqa təqdim edilib, qalanı evsizlərə paylanılıb.

Qeyd edək ki, əvvəlki "Dünyanın ən uzun baget" rekordu 2019-cu ildə 132,62 metr uzunluğu ilə İtaliyada qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə