Uçan avtomobil ilk uçuşunu göyərtəsində bir sərnişinlə etdi...

...Slovakiyada hazırlanmış hibrid avtomobil-təyyarə AirCar ilk uçuşunu bir sərnişinlə etdi. Auto Evolution portalının məlumatına görə, avtomobil elektron musiqinin pioneri Jan-Mişel Jarre tərəfindən sınaqdan keçirilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hibrid idman avtomobili və təyyarə 2022-ci ildə uçuşa yararlılıq sertifikatı alıb.

Qeyd edək ki, avtomobil-təyyarənin götürdüyü yanacaq 1000 km uçuşa kifayət edir.

Avtomobil-təyyarə yerə endikdən sonra qanadlar gövdəyə, yəni bizlərdə deyildiyi kimi “qarnına” çəkilir və Siz artıq “trasa” çıxıb sürə bilərsiniz.

...AirCar ümumi çəkisi 200 kq-a qədər olan iki nəfəri daşıya və 300 km/saat sürətlənə bilər.

Və əhəmiyyətli məqam ondan ibarətdir ki, uçan taksilərin prototiplərindən fərqli olaraq, bu transformator şaquli olaraq qalxıb enə bilməz: ona uçuş-enmə zolağı lazımdır.

Bundan əlavə, AirCar avtomobildən təyyarəyə çevrilmə anı 2 dəqiqə 15 saniyə çəkir.

Onu da qeyd edək ki, avtomobil-təyyarənin satışları bu il üçün nəzərdə tutulub, lakin qiyməti hələ açıqlanmayıb. ...Amma ehtimal ki, AirCar-ən qiyməti 500 minlə bir milyon dollar arasında ola bilər.

Yeri gəlmişkən, avtomobili idarə etmək üçün pilotluq vəsiqəsi də olmalıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə