Bu partada vaxtilə Putin oturub...

Nijni Tagildəki 32 nömrəli məktəbin fizika kabinetində Rusiya prezidenti Vladimir Putinin şəhərə işgüzar səfəri zamanı oturduğu parta üzərində xatirə lövhəsi peyda olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Tagil City yayıb.

...Sədr Lyudmila Babushkinanın rəhbərlik etdiyi Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin deputatları təhsil müəssisəsində olub, məktəb binalarının yenidənqurmadan sonra vəziyyəti ilə tanış olublar. Səfər zamanı Nijni Tagil şəhərinin meri Vladislav Pinayev rəsmilərə xatirə lövhəsi olan yazı masasını göstərib.

Şəhər rəhbəri sevinclə deputatlara Putinin oturduğu masanı göstərib.

Bundan əlavə, Pinayev "konstruktivliyə və anlayışa" görə deputat korpusuna təşəkkür edib və mer Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevi də dəstəklədiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə