Alimlər idman etmək üçün ən yaxşı vaxtı açıqlayıblar

Sidney Universitetinin yeni araşdırmasına görə, axşam məşq etmək ürəyiniz və ümumi sağlamlığınız üçün səhər idman etməkdən daha yaxşı ola bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, alimlərin apardığı işlərin nəticələri barədə “New York Post” xəbər portalı məlumat yayıb.

Orta yaşı 62 olan təxminən 30,000 obez insanın səkkiz illik təhlili göstərdi ki, axşam saat 18:00-dan sonra məşq etmək, məşq etməməklə müqayisədə ürək-damar xəstəlikləri riskini 61 faiz azaldır. Eyni zamanda, səhər məşqləri ürək-damar xəstəliklərinin inkişafı və hətta müxtəlif səbəblərdən ölüm riski ilə əlaqələndirildi.

...Digər mühüm nəticə axşam məşq zamanı (axşam saat 6-dan gecə yarısına qədər) aktiv kilo itkisi idi. Bu fenomen günün sonunda qan şəkərinin səviyyəsinin təbii olaraq yüksəlməsi ilə əlaqədardır. Və artan stress altında, əzələlər onu daha sürətli parçalayır və yanacaq kimi istifadə edərək qan dövranından çıxarır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə