Ad gününü qar mağarasında keçirdi...

Krasnoyarsk diyarının sakini tundranın ortasındakı qar mağarasında bir gün keçirməli olub və özü də ad günündə...

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Məlum olub ki, 55 yaşlı kişi ad günündə qar avtomobili ilə Dudinkadan Ust-Porta gedib, lakin pis hava şəraiti səbəbindən yolunu azıb və çuxura düşüb.

O, 24 saat ərzində qarla örtüldü mağarasında keçirməli olub.

Onun köməyə çağırmaq üçün heç bir əlaqə vasitəsi olmayıb.

İtkin düşən şəxsin oğlu həyəcan təbili çalıb. O, atasının itkin düşməsi barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xilasedicilərlə birlikdə şəxsin axtarışına çıxıb və tezliklə onun qar avtomobilini aşkar ediblər. Uzaqda qarın altından itkin düşənin səsi eşidilirdi.

Kürəklərlə “silahlanmış” xilasedicilər və polis adamı qarın altından çıxarıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə