İmmuniteti gücləndirməyin təbii yolları

Bu günkü söhbətimizdə immunitet üçün bir sıra vacib təbii üsullardan danışacağıq

SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Kifayət və balanslı qidalanmaya diqqət yetirilməlidir
İmmuniteti gücləndirən qidalanma əvvəl balanslaşdırılmış qidalanma ilə başlayır. 4 qida qrupundan kifayət qədər qidalanma tələb olunur. Bunlar; süd və onun məhsulları, ət qrupu, tərəvəz-meyvə qrupu və dənli bitkilər. Xüsusilə rəngli müxtəlif tərəvəz və meyvələr antioksidant və lif tərkibinə görə qiymətlidir.
Qidalanma proqramınıza bütün tərəvəz və meyvələri, xüsusilə soğan, sarımsaq, kələm, turp növü tərəvəzlər, brokkoli, nar, portağal, avokado daxil etməlisiniz. Probiyotiklər üçün qatıq, kefir, turşu və sirkə kimi fermentləşdirilmiş məhsullardan istifadə edə bilərik.
Yuxuya diqqət yetirin
Yetişkənlər gündə ən az 7 saat yatmalıdırlar. Yuxu immunitet sistemi və bədən sağlamlığı üçün vacibdir.
Müntəzəm məşq
Elmi araşdırmalar göstərir ki, idman immunitet sistemini aktivləşdirir. Müntəzəm olaraq idman etmək immuniteti gücləndirən təbii üsuldur.
Şəkər və karbohidrat istehlakına diqqət yetirin
Sadə karbohidratlara, yəni süfrə şəkərinə və şəkərlə hazırlanmış qidalara ehtiyacımız yoxdur, çünki o, immunitet sistemimizi zəiflədir.
Protein qəbulu kifayət səviyyədə saxlanılmalıdır
İmmunitet sistemi tərəfindən ifraz olunan antikorların əsası zülaldır.
Protein qəbulunuzu kifayət səviyyədə saxlamalısınız. Ət, toyuq, balıq, hinduşka, yumurta, süd məhsulları, paxlalar protein ehtiva edir.
Həftədə 3 porsiya balıq istehlak edin
Omeqa 3 yağ turşuları da immunitet sistemimizi gücləndirməkdə mühüm rol oynayır. Balıqda, portağalda və qozda da olur. Balıq istehlakınız qrildə və ya sobada olmalıdır. Həftədə 3 porsiya istehlak edilməlidir.
Sarıkök istehlakı immunitet sistemini aktivləşdirir
Orqanizmi zəhərli təsirlərdən qoruyan, immun sistemini aktivləşdirən və sağlam hüceyrələrin məhv edilməsinin qarşısını alan bu “sarı möcüzə” xəstəliklərin sağalmasını sürətləndirir. Tərkibindəki antioksidantlarla iltihab əleyhinədir. Hər gün istehlak edə bilərsiniz; bir stəkan suda bir tikə sarıkök bitkisi kökünü qaynadın, içinə limon sıxa bilərsiniz. Qara istiotla birlikdə şorbalarınızda ədviyyat kimi də istifadə edə bilərsiniz.
Pəhrizə yağlı toxumlar əlavə edilməlidir
Çiy qoz, çiy fındıq və çiy badam E vitamini, bitki yağ turşusu və müxtəlif mineral tərkibi baxımından faydalıdır. Bir növ yağ olaraq, xüsusilə zeytun yağı, hindistan qozu yağı, avokado yağları güclü antioksidantlardır.
D vitamininə diqqət yetirin
D vitamini səviyyənizi artırmaq üçün günəşdən yararlanın. Lazım gələrsə, həkiminizin məsləhəti ilə əlavələrdən istifadə edin.
Bol su istehlak edilməlidir
Bol su istehlakı orqanizmdəki toksinlərdən xilas olmaq və maddələr mübadiləsini canlandırmaq üçün vacibdir. Bədəndən toksinləri çıxarmaq, həzm sistemini təmizləmək və xəstəliklərin qarşısını almaq üçün gündə ən azı 10-12 stəkan su içməyə diqqət yetirilməlidir.
Kefir:
Tərkibindəki canlı faydalı bakteriyalarla həzm sistemini tənzimləyir. Kefir istifadəsi immuniteti gücləndirir, qrip və soyuqdəymə xəstəliklərinin qarşısını alır. Kefiri sevməyənlər bir stəkan kefiri yarım bananla qarışdırıcıya qoyub, üzərinə darçın səpərək qəbul edə bilərlər.
Qırmızı istiot:
Qırmızı istiot immuniteti gücləndirir, qan dövranını sürətləndirir. O, həm də antioksidantların anbarıdır, bədənin müqavimətini artırır. Miqrenin qarşısını alır və ağrıları aradan qaldırır. Onu qatıqla da qarışdırıb yeyə bilərsiniz.
Sitrus meyvələri:
Naringi, portağal, limon və qreypfrut kimi sitrus meyvələri C vitamini ilə zəngin qidalardır.
Qatıq:
Təbii qatıqda bağırsaqlar üçün faydalı olan çoxlu faydalı mikroorqanizmlər var. Bağırsaq florasını tənzimləyən bu bakteriyalar orqanizmin xaricdən qarşılaşdığı toksinlərə və patogenlərə qarşı müdafiəni gücləndirir.
Sarımsaq:
Sarımsağın immuniteti gücləndirən xüsusiyyətlərindən faydalanmaq üçün uzun müddət istiyə məruz qalmayan çiy sarımsağı pəhrizinizdə istifadə edə bilərsiniz.
İmmuniteti gücləndirən çaylar
Yaşıl çay
Zəncəfil çayı
Adaçayı çayı
İmmuniteti dəstəkləyən əlavələrə aşağıdakılar daxildir:
C vitamini:
Vitamin D
Vitamin B6
Qara gəndalaş
Ancaq vitamin ehtiyacınızı mümkün qədər tərəvəz və meyvələrdən təmin etmək çox vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə