30 yaşlı Bo Braun özünü əsl nəhəng adlandırır...

...Amerikalı Bo Braun özünü əsl nəhəng adlandırır. Təəccüblü deyil: kişinin boyu 2 metr 16 santimetrdir,

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “New York Post” yazır.

Braun deyir ki, təəccüblənən yad adamlar onu küçədə saxlayıb şəkil çəkdirmək istəyirlər.

…Və onların əksəriyyəti eyni üç sualı verirlər: "Boyun nə qədərdir? Basketbol oynayırsan? Hansı maşını sürürsən?"

Nəşr qeyd edir ki, 30 yaşlı Bo Braun boyu ilə bağlı fikirlərə və şərhlərə öyrəşib.

TikTok-da 4,7 milyon izləyicisi olan Atlantalının boyu həmişə yaşından yuxarı olub. Uşaqlıqda beysbol oynayan zaman Braunun yaşı ilə bağlı mübahisələri həll etmək üçün valideynləri oyunlara onun doğum haqqında şəhadətnaməsini gətirməli olublar.

…Mən 13 funt (təxminən 5,9 kq – A.B.) çəkisi ilə doğulmuşam və xəstəxanadakı insanlar indiyə qədər gördükləri ən böyük körpə olduğumu deyirlər. 14 yaşım olanda 6 fut (1,83 m) və sonra 10 il ərzində 10 düym (25 sm) böyüdüm.

Bunu deyən Braun, səyahəti dəhşət hesab edir. Ona görə, otellər dəhşətlidir, duşlar və hətta çarpayılar… amma onun evdə xüsusi çarpayısı var.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə