Sankt-Peterburqda evin zirzəmisində üç Mauqli uşaq tapılıb

Sankt-Peterburqda evin zirzəmisində atası və qardaşları ilə birlikdə yaşayan iki yaşlı uşaq tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri 5-tv.ru verib.

Körpə çirkli paltarda tapılıb və onun geyimi iqlimə uyğun deyildi. Bundan əlavə, onun dərisi və saçları boya ilə ləkələnmişdi.

İlkin müayinədən sonra uşaq xəstəxanaya göndərilib. Onun bədənində həkimlər aşağı ətraflarda sıyrıqlar, ekimozlar və hematomalar aşkar ediblər.

Körpənin vəziyyəti orta ağır qiymətləndirilir. Onun qardaşları da oxşar xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin məlumatlara görə, uşaqlar əvvəllər anası ilə birgə yaşayıblar. Ancaq sonra ana yeni bir sevgiliyə qoşularaq Samaraya köçüb. Uşaqlar isə ataları ilə Sankt-Peterburqda qalıblar.

Atanın özü əmin edir ki, uşaqların qançırları boya izlərindən qaynaqlanır - və uşaqlar nə məktəbə, nə də uşaq bağçasına getmirdilər.

Onların anası hazırda Sankt-Peterburqdadır - hüquq-mühafizə orqanlarının əməkdaşları onunla danışır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə