Artist kommunal borca görə, məhkəməyə verilib...

...“Sınıq işıqların küçələri” serialında Dukalis obrazı ilə tanınan aktyor Sergey Selini kommunal xidmət işçiləri məhkəməyə verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əməkdar artistin kommunal borcu 50 min rubl qiymətləndirilir.

Deyilənlərə görə, iddianı “TEK SPb” Dövlət Unitar Müəssisəsi qaldırıb.

...Qeyd olunur ki, Selin fərdi sahibkar kimi Sankt-Peterburqda daşınmaz əmlak icarəyə verir və əmlaklardan birində xidmətlərə görə borc yığılıb.

Yeri gəlmişkən, Selin Voronejdə anadan olub, lakin Leninqrada köçüb və orada 1987-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. 1990-cı ildə filmlərdə rol almağa başlayıb.

Aktyor 100-dən çox layihədə iştirak edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə