Mask gələcək haqqında qorxulu proqnoz verdi

...Bəşəriyyət başqa planetləri kəşf etməsə, bir neçə yüz ildən sonra yox ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu amerikalı milyarder İlon Mask deyib.

...Əgər biz planetlərarası, sonra isə ulduzlararası olsaq, sivilizasiyamız milyonlarla il davam edəcək. Yoxdursa, yəqin ki, cəmi bir neçə yüz ildən sonra...

“Tesla” qurucusu bunu X sosial şəbəkəsində yazıb.

O, əmindir ki, bəşəriyyət Marsı yaşayış üçün əlverişli olana qədər indiki texnoloji səviyyəsini saxlamalıdır.

Biznesmenin fikrincə, bu, yaxın 20 il ərzində baş verə bilər.

...Yeri gəlmişkən, bundan əvvəl “5-tv.ru” saytı 10 faizdən 20 faizə qədər ehtimalla süni intellektin inkişafının bəşəriyyətin ölümünə səbəb ola biləcəyini yazmışdı.

Ən azından...ona görə ki, Mask buna əmindir?

Bununla belə, o qeyd edib ki, texnologiyanı inkişaf etdirməyə davam etmək lazımdır, çünki bu, bəşəriyyətin həyatına daha çox müsbət şeylər gətirəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə