Forbes ən varlı məşhurların reytinqini yeniləyib

...Forbes jurnalı ən varlı məşhurların reytinqini yeniləyib. SİA-nın əldə etdiyi məlumata görə, 2024-cü ildəki siyahıya sərvəti 5,5 milyard dollar dəyərində qiymətləndirilən Ulduz Döyüşləri filminin rejissoru Corc Lukas başçılıq edir.

Bununla belə, qeyd edildiyi kimi, o, bunun böyük hissəsini 2012-ci ildə özünün LucasFilm film şirkətinin Disney-ə satışından əldə edib.

İkinci yerdə kinorejissor Stiven Spilberq qərarlaşıb. Onun gəliri 4,8 milyard dollar qiymətləndirilir.

Basketbol ulduzu Maykl Cordan 3,2 milyard dollar sərvəti ilə ilk üçlüyü tamamlayıb.

Keçən il o, 2010-cu ildə 175 milyon dollara aldığı Charlotte Hornets-i 3 milyard dollara satıb.

Onları Opra Uinfri, Cey Zi və Kim Kardaşyan izləyir. “Radiotochka NSN” Telegram kanalı xəbər verir ki, bundan əvvəl müğənni Teylor Sviftin Forbes milyarderlər siyahısına daxil edildiyi məlum olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə