“Gəlin” qaynanasını nəniki döyüb, həm də soyub..?

...Leninqrad vilayətində qeyri-qanuni yaşadığı kişinin anasını qarət etməkdə şübhəli bilinən qadın saxlanılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, insident Polyanski kənd qəsəbəsinin Sosnovıy Bor kəndinin Aleksandr Nevski küçəsində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, polisə müraciət edən 80 yaşlı yerli sakinin sözlərinə görə, oğlunun sevgilisi onun evinə soxulub, onu döyüb və 95 min rublunu da əlindən alıb.

...Bir neçə gün sonra şübhəli şəxs Leninqrad vilayətinin Vıborq rayonunun Zeleni Xolm kəndində saxlanılıb.

Onun əvvəllər mülkiyyət cinayətlərinə görə 4 dəfə məhkum olunmuş 47 yaşlı qadın olduğu üzə çıxıb.

Qadının nənəni döyməsi ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci hissəsi (quldurluq) ilə cinayət işi açılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə