Allergiyadan əbədi olaraq xilas ola bilərsiniz..?

İmmunitet sisteminizə necə kömək edəcəyiniz məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, rusiyalı həkim allergiyadan əbədi olaraq qurtulmağın yollarından danışıb. Onun sözlərinə görə, allergiya insanda keçə bilər.

Beləliklə, həkim allergiyadan qurtulmağın şərtini açıqlayıb. Bunun üçün bir insanın alerjenlə uzun müddət əlaqəni kəsməsi lazımdır.

…Allergiya immunopatologiyadır. Orqanizm, sanki infeksiyaya, reaksiya verməsi lazım olmayan bir şeyə - zərərsiz polenə qarşı immunitet reaksiyası yaradır.

Bunu həkim deyir.

…Əgər təmas yoxdursa, immunitet sistemi allergen haqqında "unudacaq" və problem öz-özünə həll ediləcək. Mütəxəssis klinik təcrübədən bir hadisəni misal çəkib. Belə ki, allergiyadan əziyyət çəkən bir xəstə, ağcaqayın ağacları tozlanarkən, hər il bir neçə ay işləmək üçün belə ağacların olmadığı tundraya gedirmiş və altı ildən sonra onun buna qarşı allergiyası keçib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə