Küçədə çılpaq gəzən şəxs qadına hücum edib...

...Leninqrad vilayətinin küçələrindən birində paltarsız gəzən qəribə bir adam görüblər. O hətta bir anda yoldan keçən qadına hücum da edib.

“Moskovskiq Komsomolets” VKontakte sosial şəbəkəsindəki “Leninqrad vilayətinin Yol Nəzarəti” ictimai səhifəsinə istinadən xəbər verir ki, insident çərşənbə günü, martın 27-də günorta saatlarında Kinqiseppdə baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, kişi yolun hərəkət hissəsi və səki ilə qaçıb, daha sonra yoldan keçən qadına hücum edib, onun əllərindən tutmağa başlayıb, daha sonra onunla birlikdə asfaltın üzərinə yıxılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qadının köməyinə yoldan keçən digər şəxslər gəlib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə