Dünyada ən uzun külək turbini qanadı istehsal olunub

Çində külək turbini üçün uzunluğu 131 metr olan qanad (pər) istehsal olunub. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, dünyada ən uzun külək turbini qanadıdır.

Çinin Daxili Monqolustan Muxtar Rayonunun Bayannur şəhərindəki sənaye parkında istehsal olunan qanad quruda quraşdırılacaq turbinlər üçün nəzərdə tutulub.

İstehsalçı şirkət “Sany” külək turbini qanadlarının son texnologiyalar əsasında hazırlandığını və sınaqdan keçdiyini açıqlayıb. Qanadların istehsalında təkrar emal edilən poliuretan struktur komponentlərindən istifadə edilib.

Qeyd edək ki, Bayannur şəhərindəki sözügedən sənaye parkında ötən il 400-dən çox külək turbini qanadı istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə