İndi də “ağıllı tapança” “gəlir”...

Amerikanın “Biofire” şirkəti martın sonunadək ilk smart silahı – yalnız istifadəçi icazəsindən sonra istifadə oluna bilən ağıllı tapançanı göndərməyə başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri NBC telekanalı yayıb.

...Cihaz üz və barmaq izinin tanınması texnologiyaları ilə təchiz edilib.

İnvestorlar silahı ilk olaraq ayın sonunda görə biləcəklər, sonra isə minlərlə Biofire müştərisi onu ala biləcək.

İnkişaf şirkətinin baş direktoru və təsisçisi Kay Klopferin qeyd etdiyi kimi, 9 mm-lik tapançanın qiyməti 1499 dollardır ki, bu da adi tapançadan orta hesabla iki dəfə bahadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə