Maykl Ceksonun oğlu 93 yaşlı nənəsini məhkəməyə verib

Maykl Ceksonun kiçik oğlu Blanket mərhum sənətçinin 93 yaşlı anası, nənəsi Ketrini məhkəməyə verib.

SİA-nın əldə etdiyi məlumata görə, TMZ xəbər verir ki, o, yaşlı qadının mahnılarının hüquqları ilə bağlı məhkəmə çəkişmələrində oğlunun mirasından pul xərcləməsinin qarşısının alınmasını tələb edir.

Bəzi məlumatlara görə, əvvəlcə Blanket və Ketrin mirasın icraçılarına qarşı mübarizədə birləşdilər, lakin sonra oğlan fikrini dəyişdi. Nənə ilə nəvə arasında mübahisəli sövdələşmənin həcmi məlum deyil.

Ehtimal ki, bu, Sony ilə Ceksonun musiqi kataloqunun yarısını 600 milyon dollara satmaq üçün bağlanan müqaviləyə aiddir.

Məhkəmə əməliyyata etirazı rədd etdi və Ketrin apellyasiya şikayəti vermək qərarına gəldi, baxmayaraq ki, Blanket müvəffəqiyyətə şübhə edir və sonrakı məhkəmə çəkişmələrinə pul sərf etmək istəmir.

Maykl Cekson ailəsində mübahisə əvvəlcə iki icraçı - Con Brunk və Con Makkleyn üzərində yaranıb. Onlar iddia edirdilər ki, Mayklın görkəmli yaradıcı irsi, çalışqanlığı və işgüzar istedadı sayəsində 400 milyon dollardan çox borcu olan bir sənətçinin gəlir gətirməyən aktivlərini gəlirli müəssisəyə çevirə bildilər.

Conların son təşəbbüsü mərhum müğənniyə məxsus olan “Triller” kataloqunu satmaq təklifi olub. Bununla belə, Ketrin bu ideyadan narazılığını bildirib.

Eyni zamanda, Mayklın böyük övladları - Prins və Peris Cekson şəxsi ailə səbəblərini əsas gətirərək bu məsələ ilə bağlı mövqelərini gizli saxlamaq niyyətində olduqlarını bildiriblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə