ABŞ-da özünü qızdıran yol səthi icad edilib...

...Drexel Mühəndislik Kollecinin tədqiqatçıları ABŞ-ın şimal-şərqində yollarda inqilab edəcəyini vəd edən, özünü qızdıran betonun inkişafını elan ediblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “New Time” yayıb.

Drexel betonu kimi tanınan bu xüsusi beton qar və buzla mübarizə aparmaq üçün nəzərdə tutulmuşdur. Ölçüləri 75X 75 sm olan plitələr artıq kampus yaxınlığındakı yollarda öz effektivliyini göstərib.

...Möcüzəvi beton yaratmaq üçün bir qrup tədqiqatçı tikinti materialının tərkibinə faza keçidi olan maddə daxil etmək qərarına gəliblər. O, aşağı ərimə nöqtəsi olan parafinə çevrilib, mayedən bərkə keçərkən istilik buraxır, bu da səthin temperaturunu sıfırdan yuxarı saxlamağa kömək edir.

Alimlərdən Əmir Fərnam qeyd edib ki, bu özü qızdırılan beton buz əmələ gəlməsinin qarşısını ala və mexaniki qar təmizləmə ehtiyacını azalda bilər. O, həmçinin bunun ekoloji cəhətdən daha həssas və dayanıqlı infrastrukturun yaradılması istiqamətində mühüm addım olduğunu vurğulayıb.

Təbii ki, bu sıçrayış yol və səkilərin təmiri xərclərini azaltmaqla yanaşı, qış aylarında da hərəkətin təhlükəsizliyini yaxşılaşdıracaq. Drexel-in özünü qızdıran betonu gələcək yol işləri üçün standart ola biləcək innovativ həlli təmsil edir, xüsusən qış şəraiti əhəmiyyətli infrastruktur çətinlikləri yaradan şimal bölgələrində...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə