Qaragilənin ölçüsü qolf topuna bərabər olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, avstraliyalı meyvə-tərəvəz istehsalçısı Kosta tərəfindən ənənəvi olaraq yetişdirilən və 2023-cü il noyabrın 13-də toplanan qaragilə 2024-cü il martın 16-da “Ginnes”in rekordlar kitabı heyəti tərəfindən "Ən ağır qaragilə" adını alıb.
20-yə yaxın iri qaragilənin yığıldığı, lakin onlardan birinin rekordu qırdığı bildirilib.
“Ginnes” rekordlar kitabında yerini alan böyük qaragilə 12 aya yetişdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB