Aktyor Sergey Makovetski Sankt-Peterburqda qarət edilib

Teatr və kino aktyoru Sergey Makovetskinin pulunu Sankt-Peterburqda oğurlayıblar.

Sənətçi Qanqutskaya küçəsində yerləşən “Dom-butik” otelində qalarkən qarət edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məşhurun ​​bel çantasından təxminən 200 min rubl oğurlanıb.

Hadisə ötən cümə günü, martın 15-də Vıborqski adına Mədəniyyət Sarayındakı tamaşadan sonra baş verib.

Rus saytının yazdığına görə, 65 yaşlı Makovetski və onun xaç oğlu avtomobildə əşyaları qoyaraq Sankt-Peterburq ətrafında gəzintiyə çıxıblar, sonradan sürücü onları xüsusi saxlama şkafına qoymaq üçün otel işçisinə təhvil verib. Makovetski əşyalarını götürüb restoranda hesabı ödəmək istəyəndə bel çantasında pulun olmadığını aşkar edib.

Qeyd edək ki, Sergey Makovetski Rusiyanın xalq artisti, 1980-ci ildən Vaxtanqov adına Dövlət Akademik Teatrının aktyorudur. O, karyerası ərzində 130-dan çox film və serialda rol alıb.

“Ləğvetmə” və “Sakit Don” seriallarında, həmçinin “Qardaş-2” və “Jmurki” filmlərindəki rolları ilə geniş tamaşaçı kütləsinə tanınıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə