“Kişi” robot canlı televiziyada “çaşıb”..?

Səudiyyə Ərəbistanında “kişi” insanabənzər robotun təqdimatı zamanı xoşagəlməz hadisə baş verib. Jurnalist ixtira haqqında danışarkən robot ona nalayiq şəkildə toxunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Business Insider yazır.

… Keçən həftə Səudiyyənin robot texnikası şirkəti QSS, Ər-Riyadda keçirilən DeepFest-də yeni insanabənzər robotu Məhəmmədi debüt edib. Robot Səudiyyə Ərəbistanının ənənəvi geyimində idi və ərəb və ingilis dillərində danışırdı.

“X” sosial mediada DeepFest-in paylaşımında Məhəmməd “Səudiyyənin ilk insan şəkilli robotu” kimi təsvir edilib. O, həm də ölkənin süni intellekt sahəsində nailiyyətlərini göstərən “milli layihə” adlanırdı.

Təqdimat zamanı “Əl Ərəbiyyə” telekanalının müxbiri Raviya Kassem Məhəmmədin yanında dayanıb.

…Və yəqin ki, Siz də robotun qadına toxunmaq üçün əlini irəli uzatdığını görə bilərsiniz.

Buna cavab olaraq Kassem kəskin şəkildə ona baxıb, əlini robota qaldıraraq söhbətə davam edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə