İlan sancmasına qarşı universal müalicə üsulu hazırlanıb

Alimlər dünyanın ən qorxunc ilanlarından bəzilərinin zəhərinin səbəb olduğu iflic və ya ölümün qarşısını alan müalicə üsulu hazırlayıblar.

SİA xarici mediaya istinadla xəbər verir ki, həmin müalicə üsulu uzun müddətdir ilan sancmasına qarşı universal antidot yaratmaq yolunda “ilk addım” kimi qiymətləndirilib.

Dünyada hər il 81-138 min arasında insan ilan sancmasından ölür. Daha 400 min insan amputasiya, görmə itkisi və heç vaxt sağalmayan açıq yaralar da daxil olmaqla həyatını dəyişdirən xəsarətlər alır. Lakin müalicə variantları bir əsrdir ki, demək olar ki, dəyişməz qalıb. Hər ilanın fərqli antidozası var. Müalicənin hazırlanma prosesində ilanlardan zəhər çıxarılır, toksin yeridilir. Buna görə də həmin proses çox çətindir. Eyni zamanda, onun müəyyən təsirləri də var ki, bu, ciddidir və müalicələr ilandan ilana dəyişir.

Liverpool Məktəbində İlan Sancması Tədqiqatları və Müdaxilə Mərkəzinin rəhbəri, professor Nicholas Casewell bildirib ki, bu tədqiqat həqiqətən həyəcanverici və qürurverici bir nəticəni ortaya qoydu, çünki həmin müalicə üsulu ilan sancması nəticəsində nə edə biləcəyimizi bizə göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə