Qadınlar meyiti banka gətirib onun hesabından pul çıxarıblar..?

ABŞ-da iki qadın ölmüş qonşusunun hesabından pul çıxarmaq üçün onu banka gətiriblər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hadisə Ohayoda baş verib.

Belə ki, amerikalı qadınlar məşhur "Weekend at Bernie's" (1980) filminin süjetini təkrarlamağa cəhd ediblər və təkrarlayıblar da, amma...

...Nə isə və məlum olub ki, qonşusunu öz evində ölü tapan qonşu qadınlar onun bankdakı pulunu ələ keçirməyə girişiblər.

Belə ki, ölü qonşunu sürüyüb abtomobilin ön oturacağına oturdan qonşular onu banka gətiriblər.

Deməli, polis rəisi Robert Stellin dediyinə görə, onlar özlərini müşayiətçi kimi təqdim ediblər və cəsədi mərhumun avtomobilinin ön oturacağına yerləşdiriblər ki, kredit işçisi onu küçədən görə bilsin.

Hüquq-mühafizə orqanı əməkdaşının sözlərinə görə, onlar əvvəllər də onun iştirakı və razılığı ilə həmin şəxsin hesabından nağd pul çıxarıblar.

Təbii ki, qonşular bu dəfə də istəklərinə nail ola biliblər. Amma sonradan “gərəksiz, yəni artıq pulsuz” meyiti tibb məntəqəsinə gətirərək orada qoyub qaçmaları polisi duyuq salıb.

Sonradan ölən şəxsin 80 yaşlı Duqlas Layman olduğu məlum olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə