Uşaqlarınıza saçlı kukla almayın!

Bu arada rusiyalı pediatr Yekaterina Pasnova valideynlərə azyaşlı uşaqları üçün uzun saçlı gəlinciklər almamaq barədə xəbərdarlıq edib.

Mütəxəssis belə oyuncaqların hissələrini udmaq təhlükəsi barədə danışıb.

...Əgər oyuncağın saçları çox uzun və ya qabadırsa, o, bir parça əmələ gətirə və boğazda ilişib nəfəs alma problemlərinə və hətta boğulmalara səbəb ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, həkim bunu Moskva agentliyinə müsahibəsində bildirib.

Bununla bağlı o, gəlinciklərin və onların aksesuarlarının vəziyyətinə nəzarət etməyi də məsləhət görüb.

Mütəxəssis həmçinin qısa saçlı və ya saçı olmayan kuklalara üstünlük verməyi tövsiyə edib.

...Həkim, uşaqlar kukla saçlarını udarlarsa dərhal həkimə müraciət etməyi tövsiyə edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə