Peres Mbappenin kim olduğu ilə maraqlanıb?

"Real Madrid” futbol klubunun prezidenti Florentino Peres Kilian Mbappenin kim olduğunu bilmədiyini deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Marca” qəzeti yazıb.

“Real Madrid” azarkeşlərindən biri dayanacaqda iş adamı ilə qarşılaşıb və ondan fransalı hücumçunun İspaniya klubunun futbolçusu ola biləcəyini kamera qarşısında soruşmaq qərarına gəlib.

Peres isə cavabında kişidən Mbappenin kim olduğunu soruşub.

Xatırladaq ki, Fransa millisinin 25 yaşlı futbolçusunun tezliklə “Real Madrid”ə keçəcəyi daha əvvəl xəbər verilmişdi. Onunla yeni müqavilənin təfərrüatlarını artıq razılaşdırdıqları iddia edilir. Klub rəhbərliyi Mbappenin transferini mövsüm başa çatdıqdan sonra açıqlamaq niyyətindədir.

Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 180 milyon avrodur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə