Aclıq təriqətinin başçısı məhkəməyə çıxarıldı

Keniyada 191 uşağın ölümündə qətl törətməkdə ittiham olunan, "aclıq təriqəti"nun başçısı Pol Makkenzi (Paul Mackenzie) və 29 şahid Malindi Ali Məhkəməsində hakim qarşısına çıxarılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Pol Makenzinin vəkilləri müvəkkillərinə qarşı cinayət işlərinin əsassız olduğunu və tək ittiham sənədində bir çox cinayətin qeyd olunduğu iddia edilib. Vəkillər bəzi ittihamlara xitam verilməsini istəyiblər.

Prokuror Viktor Mule məhkəmədən Makenzinin vəkillərinin tələblərinin rədd edilməsini istəyib.

Şübhəlilərə qarşı əllərində kifayət qədər konkret sübutların olduğunu bildirən Mule müttəhimə qarşı irəli sürülən ittihamlara görə ölüm cəzası tələb edib.

Malindi Ali Məhkəməsinin qərarı mayın 17-də açıqlanacaq.

Xatırladaq ki, 2024-cü ilin fevral ayında prokurorluq təriqət başçısına və bu təriqətə qarşı açılan işdə 29 şübhəliyə qarşı “terror”, “ehtiyatsızlıqdan adam öldürmə” və “işgəncə” kimi ittihamlar irəli sürüb.

Qeyd edək ki, Beynəlxalq Xoş Xəbər Kilsəsinin pastoru Pol Makkenzi kilsədəkilərə və yerli əhaliyə ac qalmaqla “İsanın yanına gedə biləcəklərini vəd” edərək dua etdiklərini söyləyib, bir çox adamın acından ölümünə səbəb olub və 2023-cü ilin aprel ayında istintaqı başlanıb.

Kilsənin yerləşdiyi Şakahola meşəsindən 429 cəsəd çıxarılıb, 238 adam və 191 uşağın ölmü ilə bağlı cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə