Bu arada rusiyalı həkimlər xəstənin bağırsaqlarında diş protezi aşkar ediblər.

SİA rus saytlarına istinadən xəbər verir ki, Nijnevartovsk Rayon Klinik Xəstəxanasının mətbuat xidmətinin verdiyi məlumata görə, kişi bağırsaqlarda ağrı və qızdırma şikayətləri ilə tibb müəssisəsinə daxil olub.

Xəstəxanada o, rusiyalı həkimlərə iki gün əvvəl təsadüfən diş körpüsünü udduğunu deyib.

Müayinə zamanı məlum olub ki, bağırsaq divarına ilişən diş protezi səbəbindən kişidə iltihab əmələ gəlib.

Mütəxəssislər xəstənin bağırsaqlarından yad obyekti çıxarmaq üçün endoskopik ilmədən istifadə etməli olublar.

Və altı gündən sonra kişi xəstəxanadan buraxılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə