Burak Özçivit ruslarla serial çəkəcək?

Türkiyəli aktyor Burak Özçivit Rusiya ilə birgə serialçəkilişi ideyasını dəstəkləyib.

SİA xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

“Mənə elə gəlir ki, biz artıq birgə seriallar çəkməyə başlamalıyıq, siz bizim ən yaxın qonşumuz, ən yaxın coğrafi qonşumuzsunuz. İnanıram ki, mehriban qonşuluq həyatımızda mövcud ola biləcək ən vacib şeydir. Əgər biz ilk seriyalı Rusiyada yarada bilsək, o zaman bu axın davam edəcək”, - Özçivit bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə