Hansı qan qrupunun daşıyıcıları daha cəlbedicidir?

...Qan qrupu insanın görünüşünə, cəlbediciliyinə və xarakterinə təsir göstərir. SİA-nın əldə etdiyi məlumata görə, “Planet Today” yazır ki, müxtəlif ölkələrdən olan alimlər qrupu bu gözlənilməz nəticəyə gəliblər.

Tədqiqatın bir hissəsi olaraq, mütəxəssislər birinci qan qrupu olanların başqalarının diqqətini çəkən "supermaqnitlər" olduğunu aşkar ediblər.

Alimlər deyirlər ki, onlar əks cinsdən artan diqqətdən həzz alırlar. Eyni zamanda, ikinci qan qrupu olan insanlar çox xarizmatik və məhsuldardırlar, çoxlu dostları var.

Üçüncü qan qrupu birinci və ikincinin xüsusiyyətlərini qismən birləşdirir və dördüncü qan qrupunun daşıyıcıları əsl romantiklərdir, onlarla ünsiyyət qurmaq çox asandır.

Qeyd edək ki, alimlər bu nəticələrin konkret nəyə əsaslandığını dəqiqləşdirməyiblər.

Bundan əvvəl Stanford Universitetinin mütəxəssisləri müəyyən etmişdilər ki, uşaqların qabiliyyətlərinin 70 faizi analarından onlara ötürülən genlərdən asılıdır.

Onlar bildirirlər ki, birinci qrup sahibləri ən çox intellektual inkişaf etmiş uşaqları dünyaya gətirirlər.

Alimlərin fikrincə, birinci qrupun daşıyıcıları çox vaxt hamilə qalmaqda çətinlik çəkirlər ki, bu da daha keyfiyyətli embrionların seçilməsinə gətirib çıxarır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə