Hər gün yeyilməsi təhlükəli olan beş qidanın adına Siz də baxın

Bəzi qidalar xeyirdən çox zərər verə bilər, ona görə də onları hər gün yeməməlisiniz.

SİA-nın “Bb.lv”saytından əldə etdiyi materialda həkimlər bu barədə xəbərdarlıq edirlər.

Deməli, siyahıda qırmızı ət var. Faydalı maddələrlə zəngindir, normal hematopoez prosesində iştirak edir və tərkibindəki zülal yeni hüceyrələrin qurulması üçün əsas olur. Bununla belə, ətin həzm edilməsi üçün bədənə ən azı 6 saat vaxt lazımdır - bu, həzm sistemi üçün böyük bir yükdür. Buna görə də həftədə üç dəfədən çox yeməmək məsləhətdir.

Rusiyalı həkimlərin dediyinə görə, hər gün tuna balığı yeməyin.

Burada qeyd edim ki, ruslarn tuna (tunets) dediyi balıqlar Türkiyədə türklərin ən çox sevib reklam etdirdikləri tom balıqlarıdır.

Amma ruslar bu balıqların çox yeyilməməsinə əsas kimi onun orqanizmdə yığılmağa meylli olan çoxlu civə ehtiva etməsini göstərirlər. Beləliklə, rus həkimlər bu balığı həftədə bir dəfə yeməyi məsləhət görürlər.

Maraqlıdır ki, rusların hər gün yemək tövsiyə edilməyən qidalar siyahısına ispanağı da daxil ediblər. Niyə, demə, ispanağın tərkibində çoxlu oksalat turşusu var və müntəzəm istehlak urolitiyazın inkişafına səbəb ola bilər.

Rusların hər gün yedikləri, deyim ki, lap “məclis yola verdikləri” kartofu da “qara siyahı”ya salıblar. Bunu niyə, guya bişirilmə üsuluna görə... Demə Qızardılmış kartof və ya kartof püresi bu sağlam tərəvəzi kalori bombasına çevirirmiş.

Və nəhayət, yenə sən demə, pendir hər gün üçün deyilmiş. Çünki tərkibində çoxlu duz var, əlavə olaraq, onun bir çox sortları həddindən artıq yüksək kalorilidir.

Yəni hər gün yesəniz Sizdə xolesterinin səviyyəsi xeyli artmış olacaq.

... Yeri gəlmişkən, yazının şəkilindəki qıza da fikir verməyin...gərək ki, Sizlərdə belələrinə “görməmiş” deyirlər də...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə