Dünyanın ən böyük hava limanı Dubayda tikilir

Dubayda dünyanın ən böyük hava limanını inşa edilir.

SİA-nın əldə etdiyi məlumata görə, “Jebel Ali” hava limanı ildə 255 milyon sərnişini qəbul edəcək. Hava limanı 14 min hektar ərazini əhatə edir.

Qeyd edək ki, hava limanının tikintisinin 2030-cu ildə yekunlaşacağı gözlənilir.

33 milyard dollar dəyərində olan layihə 13 il əvvəl yük əməliyyatları üçün istifadəyə verilib. On il əvvəl Dubai World Central sərnişin xidmətlərini işə salıb və 2050-ci ilə qədər 255 milyon sərnişinə xidmət göstərə biləcək, birinci mərhələ 2030-cu ilə qədər tamamlanmalıdır.

Dubay Beynəlxalq Hava Limanı hazırda 2900 hektar ərazini əhatə edir və 2022-ci ildə 66,1 milyon sərnişinə xidmət göstərib. 2030-cu ilə qədər Əl Maktum Beynəlxalq Hava Limanına logistika mərkəzi, lüks qolf kurortu, 3 milyon kvadratmetrlik ticarət və sərgi kompleksi, ticarət məhəlləsi, yaşayış və mehmanxana rayonları daxil olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə