Psixoloq münasibətlərdə mübahisələrin faydalarından danışıb

Mübahisə zamanı tərəfdaşlar bir-birlərini daha yaxşı tanıya bilərlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu psixoloq Veronika Simonova bildirib.

Onun iddiasına görə, mübahisələr yığılmış duyğuları atmağa və istəklərini tərəfdaşa səsləndirməyə kömək edir. “Mübahisə zamanı partnyorunuzun ehtiyaclarını eşidə və əvvəllər kifayət qədər ifadə etmədiyi əsl hisslərini anlaya bilərsiniz”.

Simonovanın fikrincə, mübahisə zamanı tərəfdaşlar şəxsi sərhədləri daha dəqiq müəyyən edə bilərlər.

Məsələn, deyək ki, biri sizin artıq çəkinizlə lağ edir və bu, təhqir kimi qəbul edilir. Xəbərdarlıqlar nəticə vermirsə, deməli bu halda mübahisə aparmağın vaxtıdır.

Emosional sarsıntılar münasibətlər üçün faydalıdır, çünki mübahisədən sonra tərəfdaşlar bir-birlərinə qarşı daha həssas və diqqətli olurlar və onlar müxtəlif mövzularda yeni ünsiyyət təcrübəsi formalaşdırırlar.

Bunu da rusiyalı psixoloq bildirir.

Əlbəttə, mübahisələrin həmişə mənfi tərəfləri var, ona görə də onların necə bitdiyinə diqqət yetirin. Əgər onlar daha tez-tez baş verirsə və bundan sonra məhsuldar münasibətə qayıtmaq çətinləşirsə, həyəcan təbili çalmağın vaxtıdır.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl psixoterapevt Con Qottman cütlüklərdə aşkar olmayan və münasibətlərə ziyan vuran problemləri sadalamışdı. O hesab edir ki, tərəfdaşlar çox vaxt xərclərə fərqli münasibət və ya etibar problemlərinə görə mübahisə edirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə