Düzgün məsləhət alın - ASTROLOJİ PROQNOZ

Qoç

Bu gün ağlınıza müsbət fikirlər gətirin. Evdən kənarda işləyirsinizsə və ya oxuyursunuzsa, pulunuzu və vaxtınızı oğurlayan insanlardan uzaq durmağı öyrənin. Körpə uşaqlarınız varsa xəstələnə bilər və bu xəstəlik sizi uzun müddət narahat edə bilər.

Mütəxəssislərə müraciət edin, düzgün məsləhət alın, çünki sizin tərəfinizdən kiçik bir səhlənkarlıq problemi daha da pisləşdirə bilər.

Partnyorunuzun mövqeyinizi anlamağa çalışmaqda çətinlik çəkəcəksiniz.

Yeni şeylər öyrənmək bacarığınızı hər yerdə sərgiləyin.

Seminarlar və sərgilərdə iştirak etmək sizi professionallaşdırır.

Qohumunuz bu gün sizi təəccübləndirə bilər. Ancaq onun etdikləri planlarınızı poza da bilər.

Buğa

Buğa, bu gün partnyorunuzun işinə qarışmayın. Ümumiyyətlə insanlar bir-birinin işinə qarışdığı zaman əlavə problemlər ortaya çıxa bilir.

Hər kəs öz işi ilə məşğul olmalıdır. Kiminsə işinə qarışmaqdansa maliyyə gəlirləriniz barədə düşünün. Yeni layihələr həyata keçirin. Belə oalrsa, partnyorunuz da sizi sevindirmək üçün əlindən gələni edəcək. Onun sevgisini hiss edə biləcəksiniz. Bu gün emossional gün olduğu üçün davranışlaırnıza diqqət eidn. Gün içində boş vaxtınız çox olacaq, amam istədiyiniz işlərlə də məşğul ola bilməyəcəksiniz.

Uşaqlarınız, dostlarınız, həyat yoldaşınız, ailə üzvlərinizlə xırda məsələlərə görə mübahisə etməyin.Bu münasibətlərinizi poza bilər.

Başqalarının dediklərinə və ya onların təkliflərinə inanmayın.

Əkizlər

Əkizlər bu gün əylənmək istəyənlər üçün uğurlu bir gündür.

Bank əməliyyatları çox diqqətlə aparılmalıdır. Ailənizin ehtiyacları sizi yora bilər.

Tərəfdaşlıq layihələri müsbət nəticələrdən daha çox problemlərə səbəb olacaq.

Kiminsə sizdən faydalanmasına icazə verməyin. Əksl halda sonra özünüzə qəzəblənəcəksiniz.

Bu gün gərgin iş qrafikinizdən özünüzə vaxt ayıra bilməyəcəksiniz.

Bəzi təcili rəsmi işlərə görə planlarınız iflasa uğrayacaq. Ailə həyatınızda da çətin bir mərhələdəsiniz.

Xərçəng

Sağlamlığınızın qeydinə qalın. Uzun müddətdir ki, yığdığınız pulu, partnyorunuzun səhhətində yaranan problemə görə xərcləyəcəksiniz.

Pulu dar gün üçün yığmırdınızmı? Bu gün o gündür…

Ev -ailə mühitinizdə gözlənilməz problemlər ortaya çıxacaq.

Münasibətdə olan Xərçənglər çalışın ki, sevgilinizin sədaqətinə şübhə etməyəsiniz. Bu aranıza soyuqluq gətirə bilər.

Xərçənglər boş zamanını bu gün dostları ilə əyləncə masasında keçirəcək. Bəzən problemlərdən uzaq olmaq üçün başqa bir mühitdə, başqa insanların əhaətisndə olmağa ehtiyac var.

Şir

Dostlarınız vasitəsi ilə düşüncələrinizə təsir edən biri ilə tanış ola bilərsiniz.

Bu gün gözləmədiyiniz qazanclarınız ola bilər.

Emosional risklər sizin üçün faydalı ola bilər.

Unutmayın sevgi bütün bəlalardan xilas edə bilir. Bu gün romantik bir səyahətə də çıxa bilərsiniz. İnsanlara xarici görkəminə görə dəyər verməyin. Tanış olun, danışın, o zaman kimin kim olduğunu bilə bilərsiniz.

Hər şeyi düzgün başa düşməyə çalışmalısınız, əks halda boş vaxtınızı daim boş ssenarilər üzərində düşünərək itirəcəksiniz.

Daxili gözəl olan partnyorunuz bu gün sizi tənha buraxmayacaq.

Qız

Bu gün özünüzü rahat və əylənmək üçün uyğun əhval-ruhiyyədə hiss edirsiniz.

Pullarınızı çox düşünərək, yatırımlar edin. Çünki itirə bilrəsiniz.

Əlinizin duzu yoxdur. Hətta birlikdə yaşadığınız insanlar üçün də, etdikləriniz dəyərsiz qalır. Onları razı salmaq üçün nə etsəniz də, sizdən çox da razı olmurlar.

Gizli işlərlə məşğul olmayın, bu reputasiyanızı korlaya bilər. Bu gün işdəki fəaliyyətinizə görə, təltif oluna bilərsiniz.

Alış-verişə gedirsinizsə, həddindən artıq israfçılıqdan çəkinin. Bu gün tərəfdaşınızın sərt tərəfi ilə qarşılaşa bilərsiniz ki, bu da sizi narahat edə bilər.

Tərəzi

Bu gün bir az dincəlməyə ehtiyacınız var. Ofisdən tez çıxmağa çalışın.

Böyüklərinizi dinləyin. Onlaırn verdiyi hər hansı bir məsləhət işdə faydalı ola bilər.

Bu gün ailə məsuliyyətləri artacaq və beyninizdə gərginlik yaranacaq.

Hisslərinizi idarə edin, bu, sevgi münasibətinizə təhlükə yarada bilər.

Yaxşı əhval-ruhiyyə işdə də əhvalınızı yüksək tutacaq. Gələcək potensial müştərilər üçün yeni əlaqələr inkişaf etdirməlisiniz.

Karyera inkişafında partnyorunuz sizə kömək edə bilər.

Bu gün diqqətinizi vacib məsələlərə yönəltməlisiniz. Həyat yoldaşınıza, sevgilinizə vaxt ayırın, əks halda məşğul iş qrafikinizə görə sədaqətinizə şübhə edə bilər.

Əqrəb

Bu gün sizin üçün istirahət günüdür. Əzələlərinizi rahatlaşdırmaq masaja gedin.

Yeni müqavilələr gəlirli görünə bilər, lakin gözlənildiyi kimi deyil.

Pul yatırmağa gəldikdə tələsik qərarlar verməyin. Uşaqlaırnız böyük bir zövq mənbəyi olacaq.

Bu gün Əqrəblərin sevgi həyatında bir az çətinliklər ola bilər.

Cəsarətli addımlar və qərarlar müsbət nəticə verəcək. Tələbələrə dostları ilə gəzməyə vaxt itirməmələri tövsiyə olunur.

İndiki dövr onların təhsil almaq və həyatda irəliləmək üçün lazım olan vaxtdır.

Kareyranın zirvəsinə ucalmaq üçün boş vaxtlarınızı da işə və dərsə sərf etməlisiniz.

Partnyorunuz, tam olmayan hisslərinizin formalaşamasında yardımcı olacaq.

Oxatan

Bu günün sonunda maddi vəziyyət yaxşılaşır.

Gəzinti üçün yaxşı gündür. Bu gün gününüz məhəbbət rənglərinə bürünəcək. Axşam saatlarında səbrli olmağa çalışın. Sevdiyiniz insanla köhnə məsələlərlə bağlı mübahisələriniz ola bilər.

Satışla məşğul olanlar üçün çox yaxşı gündür.

Ailənizin üzvlərindən biri ciddi problemini sizinlə paylaşacaq. Ona yardım etməkdən boyun qaçırmayın. Ailə bu gün üçündür.

Oğlaq

Bu gün axşam istirahət etməyə nəhayət ki, qərar verin. Sevgilinizlə kinoya gedin və ya romantik bir şam yeməyi yeyin.Pul haqqında çox düşünürsünüz. Düzdür pul çox problemləri həll edə bilir,amma sevgi də insanlara ümid verir.

Ətrafınızda baş verənlərə diqqət yetirin.

Bu gün kimsə işinizi tərifləyə bilər. Etibarınızdan istifadə edə bilərlər. Bu səbbədən də insanlarla münasibətlərdə diqqətli olun.

Çölə çıxın, yeni əlaqələr qurun, yeni dostlar tapın.

Bu gün ailə həyatınızda hər şey qaydasında olacaq. Xoşbəxt bir gün keçirəcəksiniz.

Dolça

Bəzən yorulsanız da, həyat yaşamağa dəyər. Uşaqlarınıza baxın, onların gələcəyi sizin üçün önəmli olmalıdır. Ruhdan düşməyin. Düzdür həyat sizi sıxır.

Maddi sıxıntılarınız da az deyil. Amma qazana bilirisniz. Maliyyə gəlirləriniz gölzənilir.

Bu günlərdə səyahətə çıxacaqsınız. Səyahət edirsinizsə, qiymətli əşyalarınıza xüsusi diqqət yetirin. Diqqətsizlik, əşyalarınızın oğurlanmasına səbəb ola bilər.

Vaxtında göstərdiyiniz yardım kimisə bədbəxtlikdən xilas edə bilər. Həyatınızda biri var, uzaqda. Fiziki olaraq, uzaq olsanız da, mənəvi baxımdan ürəyinizdədir. Ən çətin anlarınızda belə onu düşünürsünüz.

Yaradıcı işi olan Dolçalar bu gün müxtəlif problemlərlə üzləşə bilər.

Bu gün zehninizi sınayacaqsınız. Bəziləriniz Şahmat oynamağa başlayacaq, digərləri isə hekayə - şeir yazacaq və ya gələcək planlar üzərində işləyəcək.

Balıq

Bu gün başqalarının ehtiyacları özünüzə qulluq etmək istəyinizi əngəlləyəcək.

Emosiyalarınızı cilovlamayın və istirahət etmək üçün sevdiyiniz işlə məşğul olun.

Yaxınlarınız bu gün sizdən maddi yardım istəyə bilər.

Münasibətlərinizdəki bütün bu inciklikləri bu gün aradan qaldıra bilərsiniz.

İnsanların sizin haqqınızda nə düşündüyünə əhəmiyyət verməyin.

Təklikdən həzz almağa üstünlük verin.

Son vaxtlar həyat sizin üçün həqiqətən çətindir.

Bütün xəbərlər Facebook səhifəmizdə