Almaniyalı turist qadın Münhen əvəzinə Moskvaya uşub

Almaniyadan olan 79 yaşlı turist Antalya hava limanında çıxışları qarışdırıb, səhv təyyarəyə minib və Münhen əvəzinə Moskvaya gedib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazır.

Belə kii, Monika Nürnberq Antalyada on günlük məzuniyyətdən sonra evinə Münhen yaxınlığındakı Neufahrn şəhərinə qayıdırmış. O, Türkiyə hava limanında təyyarəyə minməyi gözləyərkən, onun uçuşu başqa bir təyyarəyə minmə qapısına dəyişdirilib və beləliklə də alman qadın səhvən Moskvaya uçmaq üçün növbəyə durub.

Rusiyanın paytaxtına gələn təqaüdçü Almaniyaya uçuşa bilet vermək üçün bir neçə saat gözləyib. İstanbul hava limanında transfer zamanı qadın gözləmə zalında skamyada gecələyib, səhər isə müvəffəqiyyətlə Münhenə uçan təyyarəyə minib. Ümumilikdə Münhenə səyahət turistə təxminən 30 saat vaxt sərf edib.

Maraqlıdır ki, indi o, qeydiyyatda olmadığı reysə buraxdığı üçün Moskvaya uçuş həyata keçirən Türk Hava Yollarından təzminat tələb etmək niyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə