Seçici fəallığının ən yüksək olduğu ölkələr

OECD və Beynəlxalq Demokratiya və Seçkilərə Yardım İnstitutunun (İDEA) birgə məlumatına görə...

Türkiyə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında seçici fəallığının ən yüksək olduğu 3-cü ölkə oldu.

Türkiyə Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də keçirilən prezident və parlament seçkilərində ölkədaxili iştirak nisbəti 88,92, mayın 28-də olan prezident seçkilərinin ikinci turunda isə bu nisbət 85,72 faiz olaraq qeyd edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə mayın 14-də keçirilən seçkilərdə yerli seçici fəallığı ilə OECD üzvü ölkələr arasında 3-cü yerdə qərarlaşıb.

OECD və Beynəlxalq Demokratiya və Seçkilərə Yardım İnstitutunun (İDEA) birgə məlumatına görə, Türkiyə mayın 14-də keçirilən daxili seçkilərdə iştirakla ABŞ, Fransa, Almaniya və Böyük Britaniya kimi bir çox Qərb OECD üzvlərini geridə qoyub.

OECD-ə üzv ölkələri arasında seçki fəallığına görə siyahıda

Avstraliya 2022-ci il seçkilərində 89,74 faiz,

Lüksemburq 2018-ci il seçkilərində 89,66 faiz,

Türkiyə 2023-cü il seçkilərində 88,92 faiz,

Belçika 2019-cu il seçkilərində 88,38 faiz iştirak olub.

İsveç, Danimarka, Yeni Zelandiya, İslandiya, Hollandiya və Norveçdə isə iştirak 80 faizdən aşağı qeydə alınıb. Əhali baxımından Türkiyə ilə müqayisə oluna bilən Almaniya 76,58 faiz iştirak nisbəti ilə siyahıda 11,

Avstriya 75,69 faizlə 12,

Fransa 73,59 faizlə 13,

İspaniya 71,76 faizlə 14-cü olub.

Seçici fəallığının ən aşağı olduğu ölkə 2019-cu il seçkilərində 45,12 faiz iştirakla İsveçrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə