“Bu, NASA-nı da maraqlandıran ən böyük sualdır”

Yer kürəsindən kənarda həyat varmı?

ABŞ Prinston Universitetinin müəllimi Devid Spergel hələ də Yer kürəsindən kənarda həyatın varlığına dəlil sayıla biləcək bir şey tapmadıqlarını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Milli Aeronavtika və Kosmik Agentliyi - NASA-nın ordu, akademik və xüsusi şirkət rəhbərlərindən ibarət, naməlum hava obyektlərini tədqiq edən idarə heyəti 16 ekspertdən ibarət komanda ilə işlərinə dair brifinq keçirib.

ABŞ Müdafiə Nazirliyinin Bütün Sahə Anomaliyalarının Həlli Departamentinin direktoru Şon Kirkpatrik (Sean Kirkpatrick) çıxışında deyib: “Ayda 50-100 arası olmaqla indiyədək bizə 800-dən çox naməlum hava obyekti (UFO) məlumatı daxil olub. Onların çox az hissəsini “müəyyən olunmayan anormallıqlar hesab edirik”.

Federal Aviasiya Administrasiyasının (FAA) Hava Yollarına Nəzarət Xidmətləri Ofisinin texniki məsləhətçisi Mayk Fray (Mike Freie) isə çıxışında kinayə ilə belə söyləyib: “Fevralda Çin hava şarının ABŞ hava məkanında aşkar edilərək düşməsindən sonra naməlum obyekt hesabatlarında "əhəmiyyətli artım" gördük”.

Aşkarlanan obyektlərin arxasında “qeyri-insan zəkası”nın olub-olmadığı ilə bağlı suala D.Spergel cavab verərək deyib: “NASA hələ "fövqəlbəşər zəka” və ya bunun “fövqəladə sübutu"nu görməyib. Yer kürəsindən kənarda həyatın olub-olmadığı NASA-nı da maraqlandıran ən böyük sualdır. Lakin hələlik belə bir vəziyyətə dair dəlil tapmamışıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə