Amerikalı iş adamı İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı, titulunun sahibi olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, aprel ayında dünyanın ən varlı adamı titulunu Louis Vuitton markası da daxil olmaqla lüks istehlak malları qrupu LVMH-nin prezidenti Bernard Arnault-a təhvil verən Musk, sözüagedən şirkətin səhmlərinin dəyər itirməsi səbəbindən yenidən dünyanın ən zənginləri siyahısında birinci yeri tutub.

Bloomberg Milyarderlər İndeksinin “Dünyanın ən zəngin 500 adamı” siyahısına əsaslanan xəbərə görə, Twitter, Tesla və SpaceX-in sahibi Musk 192 milyard dollar təxmin edilən xalis sərvəti ilə siyahıda ilk yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə