Venesiyanın məşhur Böyük Kanalının suyu yaşıllaşır

İtaliyada kanalları ilə məşhur Venesiya şəhərində Böyük Kanalın bir hissəsi yaşıllaşıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Böyük Kanalın tarixi Rialto Körpüsü yaxınlığındakı hissəsi səhər saatlarında fosforlu yaşıl rəng alıb. Bildirielir ki vətəndaşların səhər saatlarında vəziyyəti polisə bildirdikdən sonra Venesiya Polis İdarəsində növbədənkənar toplantı keçirilib və suyun səbəbini müəyyən etmək üçün Böyük Kanaldan su nümunələri götürülüb.

Son zamanlar iqlim fəallarının ölkədəki tarixi fəvvarələrə kömür əsaslı mayelər tökərək aksiyalar həyata keçirdikləri xatırladılan xəbərlərdə Böyük Kanalın suyunun yaşıl rəngə boyanmasının səbəbinin araşdırıldığı qeyd edilib.

Yanğınsöndürmə işçiləri sözügedən rəng dəyişikliyinin xalq sağlamlığı üçün təhlükə yaratmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə