Rusiyalı gənc anasının böyrəyindən çıxarılan daşı satışa qoyub

Necə deyirlər, aləmdilər ey...

Deyilənlərə görə, biznesi idarə etmək elə də asan olmasa da, amma yaradıcı insan həmişə pul qazanmağın yolunu tapa bilir.

Belə ki,..yenə də necə deyərlər, Vyaçeslav adlı Barnaul sakini kimi.

Deməli, bu günlərdə Vyaçeslav internetdə “nadir” böyrək daşı satması ilə bağlı elan yerləşdirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, elan müəllifi böyrək daşının anasına məxsus olduğunu da gizlətməyib.

Qeyd edək ki, bunu pula ehtiyacının olması ilə əlaqələndirən, gənc “biznesmen” böyrək daşına elə də çox yox, cəmi 150 min rubl qiymət qoyub.

Təbii ki, bunun baha olmasını ona irad tutanlara isə, təbiətdə yeganə nüsxə olması ilə əlaqələndirib.

Vyaçeslavın dediyinə görə, elanla bağlı artıq ona bir-iki zəng də olunsa da, amma təəssüf ki, alıcı kimi yaxınlaşanlar olmayıb.

Maraqlıdır, görən böyrək daşının alıcısı kimi zəng edənlər rusiyalı “biznesmen”lə məzələnmək istəmirlərmiş ki?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə