Kəpəklə mübarizənin təbii yolları
Kəpək baş dərisində dərinin qaşınması və soyulması ilə müşayiət olunan ümumi bir dəri xəstəliyidir.
Yoluxucu olmayan kəpəyin müalicəsində insanın yaşı və kəpəyin dərəcəsi mühüm rol oynayır.
Kəpək çox olarsa, dermatoloqa müraciət etmək lazımdır. Orta dərəcədə olan kəpəyi aradan qaldırmaq üçün təbii yollar vardır. Ancaq tətbiqləri həyata keçirməzdən əvvəl yenə bir dermatoloq rəyi alınarsa, yaxşı olar.
Saçda kəpəklə mübarizə yolları
• Kəpəyə qarşı həyat tərzinizi dəyişmək çox vacibdir.
• Stressi idarə etməyi öyrənin. Çünki stress kəpəyin əsas səbəblərindən biridir. Bu anlarda hirs nəzarəti ilə narahatlıq və stressi bədəninizdən çıxarın.
• Günəş işığı kəpək probleminə müsbət təsir göstərir. Ona görə saç dərinizin uyğun vaxtlarda günəşdə qalmasını təmin edin.
• Saçlar həftədə 2-3 dəfə yuyulmalıdır. Yuma zamanı soyuq və isti deyil, ilıq su istifadə edilməlidir.
• Saçınızı yuyarkən sabun və şampun qalıqlarını təmizləmək üçün mütləq yaxşıca yaxalayın.
• Saça forma verən məhsullardan uzaq durun. Saç spreyi, geli, köpüyü baş dərinizin çox yağlanmasına səbəb olur.
• Sıx kəpək dövrlərində saçı buruqlaşdıran və düzləşdirən fenli işləri görməyin, çünki bunlar saç dərisini çox qurudur, kəpəyi artırır.
• Sink və B vitaminlərindən məhrum qalmaq kəpəyə səbəb ola bilir. Adekvat sink və B vitaminləri ilə zəngin bir pəhriz kəpəyin qarşısını alır. A, B vitaminləri və sink qəbulunuzu artırmaq vitamin çatışmazlığından qaynaqlanan kəpəyin qarşısını almaqda çox təsirlidir.
• Kəpəkdən xilas olmağın ən asan yollarından biri də kəpəyə qarşı şampunlardan istifadə etməkdir. Baş dərisi tez-tez yağlanırsa, gündəlik şampunla kəpəyin qarşısını ala bilərsiniz.
• Kəpəyi olan şəxsdə seboreik dermatit və ya başqa dəri xəstəliyi də ola bilər. Mütəxəssis dermatoloqlar saç və baş dərisinə baxaraq vəziyyəti müəyyən edirlər.
Saçda kəpəyə qarşı təkliflər:
- Təbii tərkibli şampun. Təkrarlanan kəpək problemlərinin qarşısını almaq üçün saç dərisindəki yağı balanslaşdıran aşılayıcı şampunlara üstünlük verilməlidir. Kəpək problemi baş dərisinin həddindən artıq qurumasından qaynaqlanırsa, parabensiz şampunlardan istifadə etmək lazımdır.
- Təbii alma sirkəsi. Kəpəyə qarşı təbii üsullardan biri alma sirkəsidir. Bir kasa su ilə doldurulur və bir az alma sirkəsi ilə qarışdırılır. Hamamdan çıxmazdan əvvəl son durulama bu su ilə edilir.
- Təbii yağlar. Kəpək problemi ilə mübarizə aparmağın başqa bir yolu şampununuza təbii aromaterapiya efir yağları əlavə etməkdir.
Tibbi nanə efir yağı. Həmişə istifadə etdiyiniz şampunun içinə 20 damcı tibbi nanə efir yağı tökülür. Bir müddət şampununuzu bu şəkildə istifadə etməyə başlasanız, kəpəyiniz keçər.
Çay ağacı efir yağı kəpək əlamətlərini aradan qaldırmağa kömək edən güclü antimikrobiyal və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. O həm də kəpəyə səbəb ola bilən göbələk növləri ilə də mübarizədə təsirli olur.
Bunu da qeyd edək ki, həssas dərisi olanlar üçün çay ağacı efir yağı qıcıqlanmaya səbəb ola bilər. Ona görə birbaşa dəriyə tətbiq etməzdən əvvəl Hindistan qozu yağı kimi bir daşıyıcı yağ ilə qarışdırılmalıdır.
- Kokos yağı. Yəni Hindistan qozu yağı kəpəyə səbəb ola biləcək mikrob faktorları ilə mübarizə aparır. Onun nəmləndirici xüsusiyyəti dərinin nəmliyini artırır, ekzema və kəpək əlamətlərini azaldır.
- Aloe Vera antimikrobiyal və göbələk əleyhinə xüsusiyyətlərə malik olduğu üçün kəpəyə qarşı yaxşı təsiredicidir.
- Çiçək yağları ilə masaj etmək baş dərisini nəmləndirmək baxımından faydalıdır.
- Çobanyastığı suyundan da saç köklərinin təbii nəmliyini bərpa etmək mümkündür.
- Probiotik qəbulunun artırılması immunitet sistemini gücləndirdiyi üçün orta və ağır kəpəyi azalda bilir.
- Omeqa-3 yağ turşuları dəri sağlamlığı üçün çox vacibdir. Dərinin yağlanması və nəmlənməsinə yardım etməklə yanaşı, yaraların sağalmasına kömək edir və erkən qocalmanın qarşısını alır. Omeqa-3 yağ turşularının çatışmazlığı quru saç dərisi və kəpəyə yol acır.
Qızılbalıq (somon), alabalıq və skumbriya kimi yağlı balıqlar Omeqa-3 yağ turşularının əla mənbəyidir.
Siz həmçinin balıq yağı əlavəsi qəbul edə, kətan, çia toxumları və qoz kimi digər Omeqa-3 ilə zəngin qidaların qəbulunu artıra bilərsiniz.
- Soda (karbonat) və ya qabartma tozu
Kəpək üçün praktiki həllərə nəm baş dərisinə az miqdarda soda və ya qabartma tozu masajı da daxildir. Yaş saçlarınıza az miqdarda soda və ya qabartma tozu töküb barmaqlarınızın ucu ilə masaj edərək saçınızı yuyun, nəticəsini görəcəksiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Andrey Arşavin Bakıda
İdman 23:19Səhiyyə nazirinə yeni müşavir təyin edildi
Sosial 22:32Niyə sürücülər avtomobil açarlarını folqaya bükürlər..?
Maraqlı 21:27Şahzadə Diananın toyundan əvvəl baş verənlər...
Maraqlı 21:04Rusiyanın avtobus nəhəngi iflas həddindədir...
İqtisadiyyat 20:49Məktəbdə şagirdlər arasında insident baş verib
Sosial 20:36“Sabah” La Liqa komandası səviyyəsindədir”
Müsahibə 20:01Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Dünya 19:55“Mən ruhumu dinləməyi öyrəndim”...
Sosial 19:48Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 19:26İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



