Kəpəklə mübarizənin təbii yolları
Kəpək baş dərisində dərinin qaşınması və soyulması ilə müşayiət olunan ümumi bir dəri xəstəliyidir.
Yoluxucu olmayan kəpəyin müalicəsində insanın yaşı və kəpəyin dərəcəsi mühüm rol oynayır.
Kəpək çox olarsa, dermatoloqa müraciət etmək lazımdır. Orta dərəcədə olan kəpəyi aradan qaldırmaq üçün təbii yollar vardır. Ancaq tətbiqləri həyata keçirməzdən əvvəl yenə bir dermatoloq rəyi alınarsa, yaxşı olar.
Saçda kəpəklə mübarizə yolları
• Kəpəyə qarşı həyat tərzinizi dəyişmək çox vacibdir.
• Stressi idarə etməyi öyrənin. Çünki stress kəpəyin əsas səbəblərindən biridir. Bu anlarda hirs nəzarəti ilə narahatlıq və stressi bədəninizdən çıxarın.
• Günəş işığı kəpək probleminə müsbət təsir göstərir. Ona görə saç dərinizin uyğun vaxtlarda günəşdə qalmasını təmin edin.
• Saçlar həftədə 2-3 dəfə yuyulmalıdır. Yuma zamanı soyuq və isti deyil, ilıq su istifadə edilməlidir.
• Saçınızı yuyarkən sabun və şampun qalıqlarını təmizləmək üçün mütləq yaxşıca yaxalayın.
• Saça forma verən məhsullardan uzaq durun. Saç spreyi, geli, köpüyü baş dərinizin çox yağlanmasına səbəb olur.
• Sıx kəpək dövrlərində saçı buruqlaşdıran və düzləşdirən fenli işləri görməyin, çünki bunlar saç dərisini çox qurudur, kəpəyi artırır.
• Sink və B vitaminlərindən məhrum qalmaq kəpəyə səbəb ola bilir. Adekvat sink və B vitaminləri ilə zəngin bir pəhriz kəpəyin qarşısını alır. A, B vitaminləri və sink qəbulunuzu artırmaq vitamin çatışmazlığından qaynaqlanan kəpəyin qarşısını almaqda çox təsirlidir.
• Kəpəkdən xilas olmağın ən asan yollarından biri də kəpəyə qarşı şampunlardan istifadə etməkdir. Baş dərisi tez-tez yağlanırsa, gündəlik şampunla kəpəyin qarşısını ala bilərsiniz.
• Kəpəyi olan şəxsdə seboreik dermatit və ya başqa dəri xəstəliyi də ola bilər. Mütəxəssis dermatoloqlar saç və baş dərisinə baxaraq vəziyyəti müəyyən edirlər.
Saçda kəpəyə qarşı təkliflər:
Tibbi nanə efir yağı. Həmişə istifadə etdiyiniz şampunun içinə 20 damcı tibbi nanə efir yağı tökülür. Bir müddət şampununuzu bu şəkildə istifadə etməyə başlasanız, kəpəyiniz keçər.
Çay ağacı efir yağı kəpək əlamətlərini aradan qaldırmağa kömək edən güclü antimikrobiyal və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. O həm də kəpəyə səbəb ola bilən göbələk növləri ilə də mübarizədə təsirli olur.
Bunu da qeyd edək ki, həssas dərisi olanlar üçün çay ağacı efir yağı qıcıqlanmaya səbəb ola bilər. Ona görə birbaşa dəriyə tətbiq etməzdən əvvəl Hindistan qozu yağı kimi bir daşıyıcı yağ ilə qarışdırılmalıdır.
Qızılbalıq (somon), alabalıq və skumbriya kimi yağlı balıqlar Omeqa-3 yağ turşularının əla mənbəyidir.
Siz həmçinin balıq yağı əlavəsi qəbul edə, kətan, çia toxumları və qoz kimi digər Omeqa-3 ilə zəngin qidaların qəbulunu artıra bilərsiniz.
Kəpək üçün praktiki həllərə nəm baş dərisinə az miqdarda soda və ya qabartma tozu masajı da daxildir. Yaş saçlarınıza az miqdarda soda və ya qabartma tozu töküb barmaqlarınızın ucu ilə masaj edərək saçınızı yuyun, nəticəsini görəcəksiniz.