Bitki yağlarının faydaları nələrdir? - AÇIQLAMA

"Nanə yağı mədə sancısının və ürəkbulantısının qarşısını alır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salmanov deyib.

Ağa Salmanov bildirib ki, nanə yağı mədədə rahatıq yaradır: "Eyni zamanda baş və sinir ağrılarında da ağrıkəsiçi təsirə malikdir. Kəklik otu yağının da faydaları çoxdur. Əsasən də yara və yanıqlar üçün antiseptik rol oynayaraq yaraların mikroblardan qorunmasına kömək edir. Yuxarı tənəffüs orqanlarından əziyyət çəkənlərdə bu yağı istifadə edərək faydalana bilərlər. Qoz yağı saç qaşıntısının qarşısını alır. Günəş yanığı olan dəriyə də faydalıdır. Böyürtkən yağ bir çox kosmetik vasitələrdə istifadə edilən yağlardandır. Cildin təmizlənməsi və canlanması üçün vacibdir. Eyni zamanda 100ml suya iki üç damla böyürtkən yağı əlavə edərək üzü silməklə faydalanmaq olar. Çiyələk yağı ayaqlar və topuq daban üçün yumuşaldıcı rola malikdir. Ayaq barmaqları arasına pambıq vasitəsi ilə sürtdükdə ayaq qoxusunu aradan qaldırır. Qaysı yağı və ya qaysı çəyirdəyi yağı eyni xaraterə malikdir. Bu yağ dırnaqların möhkəmlənməsi üçün istifadə edilir".

Qönçə Quliyeva

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə