Qrip mövsümünün yaxınlaşması epidemioloji vəziyyətə təsir edə bilər Hande Harmancı

Qrip mövsümünün başlaması və havaların soyuması ilə birlikdə qapalı məkanlarda daha çox vaxt keçirilməsi epidemioloji vəziyyətə təsir göstərə bilər.

Bunun Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, növbəti qrip mövsümü sürətlə yaxınlaşır:"İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir. Bu il keçən ildəkindən fərqli olaraq COVID-19-dan ağır xəstələnmələrin və ölümlərin qarşısını almağa imkan verən peyvəndlərimiz var. Peyvənd olunmaqla yanaşı, maska taxaq, əllərimizi təmiz saxlayaq, qapalı məkanları havalandıraq və fiziki məsafə saxlayaq. Bu yolla biz yoluxmaların qarşısını ala, özümüzü və sevdiklərimizi qoruya bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə