“Həkimlərimizi tanıyın!” rubrikamızda

DR.LƏMAN EYVAZLI Mərkəzi Gömrük Hospitalında Transtorasik EXO, Pediatrik və Kongenital EXO, Transezofageal EXO (yetişkin ve pediatrik), 3D, Strain, Dobutamin EXO müayinələrini icra edir. Dr.Ləman Eyvazlı 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra – 2019-2023-cü illərdə Mərkəzi Klinikanın Kardiologiya şöbəsində həkim-rezident kimi çalışıb. 2021-ci ildə Türkiyənin İstanbul şəhərində “Mehmet Akif Ersoy” hospitalının Exokardioqrafiya laboratoriyasında təcrübəçi həkim-rezident, 2023-cü ildə həmin hospitalın Pediatrik Exokardioqrafiya bölümündə təcrübəçi həkim-rezident vəzifəsində çalışmışdır. Dr.Ləman Eyvazlı 2023-cü ildən 9 mart 2025-ci ilədək Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq kimi fəaliyyət göstərib. Ləman həkim 10 mart 2025-ci il tarixindən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsində həkim-kardioloq vəzifəsində çalışır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/leman-eyvazli Çoxsaylı beynəlxalq konfranslarda, seminarlarda, təkmilləşdirmə kurslarında, təlimlərdə iştirak edən Ləman Eyvazlı daim öz üzərində işləyir, tibbin son nailiyyətlərini öyrənir, bilik və bacarıqlarını zənginləşdirir. O, 2022-ci ildə Türkiyə Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən təlim və kurslarda: Türkiyənin İstanbul şəhərində Kardiak MRT təlimində, Trabzon şəhərində “3D Exokardioqrafiya” kursunda, İstanbul şəhərində “Aortik Protez qapaq multimodal dəyərləndirmə” kursunda, “Transezofageal simulyasiya” kursunda iştirak edib. Dr.Ləman Eyvazlı 2023-cü ildə Çexiyanın Praqa şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Ürək Çatışmazlığı” Konqresində, yenə həmin cəmiyyətin təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində keçirilən ESC 2023 Konqresində, 2024-cü ildə Almaniyanın Berlin şəhərində Almaniya Ürək Mərkəzinin təşkilatçılığı ilə “Ürək çatışmazlığı və qapaq xəstəliklərində 3D Exokardioqrafiya Konfransı”nda, 2024-cü ildə ABŞ-ın Kolorado ştatında yerləşən Mayo klinikasının təşkilatçılığı ilə keçirilən “Xəstə əsaslı Exokardioqrafiya və Multimodal görüntüləmə” onlayn kursunda, 2024-cü ildə Yunanıstanın Afina şəhərində Yunanıstan Kardiologiya Cəmiyyətinin və Avropa Kardiovaskulyar Görüntüləmə Assosasiyasının təşkilatçılığı ilə Ürək-damar görüntüləmə Konqresində, Portuqaliyanın Lissabon şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Ürək Çatışmazlığı” konfransında, Türkiyənin İstanbul şəhərində Avropa Ürək-Damar Cəmiyyəti, Avropa Kardiocərrahiyyə Cəmiyyəti və Endovaskulyar Cərrahiyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən 72-ci Beynəlxalq Konqresdə, Almaniyanın Frankfurt şəhərində “CSİ Frankfurt – 2024” tədbirində, Türkiyənin Diyarbakır şəhərində Türkiyə Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Kardiak görüntüləmə və qapaq xəstəlikləri” tədbirində, Antalya şəhərində Avropa Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim kurslarında iştirak etmişdir.

Ləman həkim Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardiologiya Cəmiyyətinin və Amerika Kardiologiya Cəmiyyətinin üzvüdür. Dr.Ləman Eyvazlının qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə