Ən sağlam pəhrizlər müəyyən edilib...

…Orta yaşda düzgün yemək sağlam qocalma şansınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra və xroniki xəstəliklərin inkişaf riskini azalda bilər. Alimlər 39-69 yaşlı 105 min insanın 30 illik sağlamlıq məlumatlarını təhlil etdikdən sonra bu qənaətə gəliblər.

SİA-nın məlumatına görə, araşdırmanın nəticələri “Nature” Medicine jurnalında dərc olunub.

Tədqiqatçılar müxtəlif pəhrizlərin iştirakçıların ömrünə və sağlamlığına necə təsir etdiyini araşdırıblar.

Bütün pəhriz nümunələri arasında Aralıq dənizi, Planet və Aşağı Glisemik İndeksli pəhrizlər sağlam qocalmaya ən böyük təsir göstərmişdir.

Məlum olub ki, bu pəhrizlərə riayət edən insanlar 70 və daha uzun yaşa qədər fiziki və koqnitiv sağlamlıqlarını qoruyub saxlayırlar.

Alimlər bitki mənşəli qidalara xüsusi diqqət yetiriblər və yüksək şəkər tərkibli fast food və içkilər kimi ultra emal olunmuş qidalardan uzaqlaşıblar.

Bol meyvə, tərəvəz, tam taxıl və sağlam yağları ehtiva edən pəhrizlər ümumi sağlamlığı yaxşılaşdırdı və bədəndə yaşa bağlı dəyişiklikləri yavaşladıb.

Həmçinin qeyd olunub ki, işlənmiş ət və şəkərli içkilərin az istehlakı xroniki xəstəliklər riskinin azalması və sağlamlıq nəticələrinin yaxşılaşması ilə əlaqələndirilir.

Alimlər vurğulayırlar ki, hər kəsə uyğun pəhriz olmasa da, bitki mənşəli qidalara və orta miqdarda heyvan mənşəli məhsullara vurğu olan sağlam pəhriz qocalıqda sağlamlığı qorumağa kömək edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə